Peru parlamenti yeni prezidenti fevralın 18-də seçəcək

media-hightechnic-468x90

Peru parlamenti fevralın 18-də istefaya göndərilmiş Xose Xerinin əvəzinə dövlət başçısı postunu tutacaq yeni sədri seçmək üçün iclas keçirəcək.

media-banner_tkm

Yenicag.az-ın məlumatına görə, bu barədə konqres spikerinin səlahiyyətlərini icra edən Fernando Rospilosi bildirib.

“Konqres sədrliyinə seçkilər çərşənbə günü, fevralın 18-i saat 18:00-da konqresin plenar iclasında keçiriləcək”, – deyə o, Xeriyə etimadsızlıq votumunun çıxarılması ilə bağlı səsvermənin yekununda elan edib.

Xose Xeri parlamentin sədri olaraq 2025-ci ilin oktyabrında konqresin keçmiş dövlət başçısı Dina Boluarteyə impiçment elan etməsindən sonra Peru Prezidenti postunu tutub. Peru Konstitusiyasına görə, prezidentlərə etimadsızlıq votumu çıxarılmır, lakin bu, parlamentin spikerinə elan edilə bilər. Xerinin vəziyyətində bu o deməkdir ki, o hər iki postunu itirməlidir./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05