Aktrisa Pərvin Abıyeva son günlər şou-biznes nümayəndələri arasında xüsusilə dəbdə olan qarın əzələsi ilə diqqəti üzərinə çəkib.
Yenicag.az xəbər verir ki, aktrisa fit bədənini nümayiş etdirərək, zərif qalmasının sirlərini paylaşıb:
“Sadəcə şəkər, düz, yağ və ağ çörəkdən imtina edin. Səhər durandan sonra orta şəkərli kofe için. Bu, sizi uzun müddət tox tutacaq. Çox hərəkətdə olun. O qədər çətin deyil ki, çəki atmaq. Qarın əzələsi istəyirsinizsə, gündə 100 dənə pres edin”.
Videonu təqdim edirik:
Nehru