!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Peşə məktəblərində oxuyan oğlanların əsgərlik problemi: "Müəyyən müzakirələr gedir" - Agentlik direktoru ilə MÜSAHİBƏ

!Reklam – Yazi

“Əlaqələrin daha da inkişafında həm Avropa İttifaqı, həm də Azərbaycan maraqlıdır”.

Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) peşə təhsilinin təşviqi məqsədilə cənub bölgəsinə təşkil olunan media-turda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifələrini icra edən Ceyhun Kərəmov Yenicag.az-ın suallarını cavablandırıb.

Sözügedən müsahibəni təqdim edirik:

– Ceyhun bəy, Milli Məclisin iclasında peşə məktəblərində təhsil alan oğlan tələbələrin tədris müddəti bitmədən hərbi xidmətə çağırılmaması ilə bağlı təklif irəli sürülüb. İrəli sürülən təklifin reallaşması mümkündürmü?

– Bu məsələ ilə bağlı Təhsil Nazirliyi səviyyəsində müəyyən müzakirələr gedir. Çünki bu mövzu strateji bir ölkə üçün siyasi, hərbi və iqtisadi təsirə malikdir. Ona görə də müvafiq dövlət qurumlarının da iştirakı vacibdir. Əlbəttə ki, qəbul olunan qərardan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

– Ölkəmizdə peşə təhsilinin inkişafı çərçivəsində məhz Avropa İttifaqı ilə əməkdaşlığa üstünlük verilməsinin səbəbi nədir?

– Avropa İttifaqı Azərbaycana ən yaxın olan iqtisadi faktorlardan biridir. Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər strateji sahədə inkişaf edir və dövlət səviyyəsində müəyyən addımlar atılır. Bu əlaqələrin daha da inkişafında həm Avropa İttifaqı, həm də Azərbaycan maraqlıdır. Avropa İttifaqının ölkəmizlə əməkdaşlığında müəyyən prioritet istiqamətlər var. Bu istiqamətlər həm də peşə təhsilinə aid olduğu üçün ölkəmiz Avropa İttifaqının qabaqcıl təcrübələrindən istifadə etməyə üstünlük verir. Yəqin ki, növbəti illərdə bir çox sahələrdə əməkdaşlıq səviyyəsi genişləndiriləcək.

– Peşə məktəblərinə üz tutan tələbələr daha çox hansı ixtisaslara üstünlük verirlər?

– Ötən il peşə təhsil müəssisələrinə müraciət edənlərin sayı əvvəlki illə müqayisədə 30 faizə yaxın artıb. Qəbul olunanların sayında isə 12 faiz artım olub. Bu olduqca yaxşı haldır. İxtisas seçiminə gəlincə bəzi ixtisaslar ənənəvi rol oynayır. Bu ixtisaslardan biri aşpazlıqdır. Bu sahə hansı bölgədə olmağımızdan asılı olmayaraq, ən çox ehtiyac duyulan ixtisasdır. Eyni zamanda, avtomobil diaqnostikasının təmiri, dərzi və modelyer dizayner ixtisaslarına maraq yüksəkdir. Son illər informasiya texnologiyaları sahəsinə də önəm verilir. Ötən il qızlar və oğlanlar arasında informasiya texnologiyaları sahəsində proqramlaşma, mobil tətbiqlərin hazırlanması, kibertəhlükəsizlik və bu tip ixtisaslara marağın yüksək olması müşahidə olunub.

– Peşə məktəbini bitirən tələbələr həmin müəssisədə işlə təmin olunurmu?

– Peşə təhsili müəssisəsi kimi əsas məqsədimiz tələbələrə keyfiyyətli və əmək bazarının tələblərinə uyğun təhsil verməkdir. Məktəblərimizdə məşğulluq istiqaməti mövcuddur. Bu, tələbələrimizi əmək bazarına hazırlamaq funksiyasını yerinə yetirir. İşəgötürənləri peşə məktəblərinə dəvət etməklə tələbələrlə münasibətlərində körpü rolunu oynamaq istəyirik. Bu baxımdan, məzun olan tələbələr təhsil aldığı peşə məktəbində qalaraq çalışa bilər.

Gülşən Şərif

www.yenicag.az

1820
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv