Peyvənd olunanların sayı açıqlandı

media-hightechnic-468x90

Azərbaycanda son sutkada 1 846 nəfər vaksinasiya olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 304, ikinci doza vaksinlərin sayı 268 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 160-dır. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 114 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 748 460, birinci doza peyvəndlərin ümumi sayı 5 351 545, ikinci doza vaksinlərin sayı 4 851 520 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 297 664, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 247 731 olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600