Avtomobil azyaşlını vuraraq öldürüb-Lənkəranda

media-hightechnic-468x90

57527Lənkəranda 1 nəfərin ölümü, 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Rayonun Şıxəkəran kəndində “VAZ-2107” markalı avtomobil yol ilə keçən bir ailənin 3 üzvünü vurub.

Qəza nəticəsində 39 yaşlı Oruc Rəhimov, həyat yoldaşı 38 yaşlı Elnarə və qızı 8 yaşlı Tünzalə ağır xəsarətlər alıblar. Tünzalə Rəhimova aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Oruc və həyat yoldaşı Elnarə Rəhimova isə ağır halda Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Elnarənin xəsarətləri daha ağır olduğundan gecə saatlarındaca paytaxta yola salınıb.

Hadisəni törətməkdə təqsirli bilinən avtomobilin sürücüsü, Masallı rayonu Mololan kənd sakini 26 yaşlı Saleh Rzayev saxlanılıb. İstintaqa verdiyi ilkin ifadədə sürücü qəzaya səbəb kimi gecə əks tərəfdən gələn maşının gözünə işıq saldığını, yolun sağ tərəfilə hərəkət edən piyadaları görməsinə mane olduğunu deyib.

Faktla bağlı Lənkəran rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600