!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Piyadanı vuraraq öldürən sürücü hadisə yerindən qaçıb-Foto

!Reklam – Yazi

1320151b5f8487c67d16f2a1352c514bBakının Sabunçu rayonunda piydanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Zabrat-Kürdəxanı yolunda qeydə alınıb. 1969-cu il təvəllüdlü Əhmədov Vasif Nazim oğlu axşam saatlarında yolu keçmək istəyərkən markası və qeydiyyat nişanı dəqiqləşdirilməyən avtomobillə vurulub.

Naməlum sürücü hadisə yerindən qaçıb. 46 yaşlı Vasif Əhmədov 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralı xəstəxanaya daxil olarkən ona qarının küt travması diaqnozu təyin edilib.

Ailə üzvlərinin bildirdiyinə görə, Vasif Əhmədov xəstəxanaya gətirilən zaman onun huşu özündə olub. Ancaq cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.

Bundan sonra mərhumun yaxınları xəstəxanaya hücum edərək, əməliyyatxananın şüşəsini sındırıblar.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hazırda piyadanın ölümünə səbəb olan sürücünün axtarışları davam etdirilir(APA).

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv