Türkiyənin Diyarbəkr şəhərində baş verən terror hadisəsi ilə bağlı açıqlama verilib. Yenicag.az xəbər verir ki, Diyarbəkr valiliyi bu terror hadisəsini PKK-nın törətdiyini bildirib.
PKK-nın etirafı bu cümlələrlə elan edildi: “4 noyabr, saat 07.53-də şəhərin Bağlar qəsəbəsində olan Aydın Arslan prospektində Çevik Qüvvə Şöbə Müdürlüyü binasına yaxın, mülki vətəndaşların və şagirdlərin olduqca, çoxluq təşkil etdiyi bölgədə PKK – bölücü terror örgütü tərəfindən bomba yüklü maşın partladılmışdır”.
Terrora səbəb isə PKK-nın siyasi qanadı olan HDP-nin rəhbərlərinin və millət vəkillərinin polis tərəfindən saxlanılaraq, məhkəməyə aparılmalarıdır.
VİDEO: SƏLAHƏDDİN DEMİRTAŞ: “PKK-lının cənazəsinə getməyəni cəzalandıraram”
Sevər/Yenicag.az