PKK özünü LƏĞV EDƏCƏK? – Türkiyəli analitik PROSESİ ŞƏRH ETDİ/VİDEO

media-hightechnic-468x90

“Terrorun olmadığı bir Türkiyədə yeni bir mərhələ başlayıb və inkişaf etməkdədir. Terror təşkilatının 5 və 7 may tarixlərində konqres keçirdiyini və bunu elan etdiyini bildirməsi və iki toplantı təşkil etdiklərini İraq mənbələri açıq şəkildə təsdiqləyib”.

Bunu Yenicag.az-a açıqlamasında türkiyəli analitik Güngör Yavuzaslan deyib.

Analitik PKK-nın ləğvini elan etməsi ilə bağlı yayımlayacağı bəyanatı şərh edib.

G. Yavuzaslan söyləyib ki, təşkilat Öcalanın çağırışı ilə uyğun qərarlar qəbul etməyə məcburdur:

“Çünki konqres demək, Öcalan deməkdir. Bunu qarşıdakı günlərdə görəcəyik. Hesab edirəm ki, onlar bu qərarları ictimaiyyətə açıqlayacaqlar və sənədin sonunda təşkilatın bütün qrupları ilə birlikdə silahı yerə qoyduğunu və özünü buraxdığını elan etdiyini görəcəyik. Bu həm Türkiyə, həm də Orta Şərq üçün yeni bir dövr deməkdir”.

Daha ətraflı videomaterialda:

Məsimə Məmmədova

Samir Məcidov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600