Canilikdə İŞİD-dən geri qalmayan PKK/YPG terror təşkilatı Suriyanın şimalında dinc əhaliyə qarşı hücumlarını davam etdirir.
Yenicag.az xəbər verir ki, Rəsulaynın qərbindəki Tel-Xələf kəndində partlatdıqları nəqliyyat vasitəsi ilə 17 nəfəri öldürüb, 20-dən çox insanı yaralayan uşaq qatilləri bu gün də Aaazez şəhərində mülki əhaliyə qarşı terror aktı törədiblər.
YPG/PKK Suriyanın şimalındakı Tel Rifat şəhərindən hücumlarını davam etdirir.
Tel Rifatda məskunlaşan terrorçular Türkiyənin Kilis şəhərinin qarşısındakı Suriya torpaqlarında yerləşən Aazez şəhər mərkəzinə 6 raket atıb.
İlkin məlumatlara görə, “Katyusha” raketlərinin atıldığı hücumlarda 4 mülki şəxs yaralanıb.
Türk Silahlı Qüvvələri terrorçuların mövqelərini artilleriya atəşləri ilə hədəf alaraq hücumlarına qarşılıq verib.
“Zeytun budağı” əməliyyatı ilə Afrindən çıxarılan YPG/PKK bölgənin cənub-şərqindəki Tel Rifat şəhərində işğalını davam etdirir.
Bu bölgədə məskunlaşan terror təşkilatı tez-tez Azad Suriya Ordusunun nəzarətindəki yaşayış məntəqələrini hədəf alır.