“Azərpoçt” bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək.
Qurumdan Yenicag.az-a verilən məlumata görə, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 36 ünvanındakı 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi saat 09:00-dan 17:00-dək, paytaxtda yerləşən digər “Şəbəkə”lər saat 10:00-dan 16:00-dək, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən digər “Şəbəkə” xidmət mərkəzləri isə saat 09:00-dan 16:00-dək vətəndaşlara xidmət göstərəcək.
Eyni zamanda, Bakı şəhərində yerləşən 1 saylı poçt filialının 1,7,10,33, 2 saylı poçt filialının 9, 17, 102, 111, 117, 122, 3 saylı poçt filialının 2 (Müştəri Xidmətləri Şöbəsi), 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149, 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156, 5 saylı poçt filialının 63 (MXŞ), 3, 21, 80, 81, 83, 6 saylı poçt filialının 72(MXŞ), 8, 29, 52, 53, 54, 114, 115, 130 saylı poçt şöbələri saat 10:00-dan 16:00-dək, eləcə də regionlardakı mərkəzi xidmət şöbələri saat 09:00-dən 16:00-dək işləyəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin ünvanı üzrə çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.
www.yenicag.az