Pol Poqba Türkiyəyə YOLA DÜŞÜR? – Menecerləri TƏKLİF EDİB
Türkiyənin Trendyol Super Liqasında mövsümün sonuna yaxınlaşdıqca, klublar transfer bazarında fəallıqlarını artırıblar. Bu çərçivədə gündəmə gələn adlardan biri də Fransa millisinin tanınmış yarımmüdafiəçisi Pol Poqba olub.
Yenicag.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
Bildirilir ki, dopinq cəzasını başa vuran və azad agent statusunda olan 32 yaşlı futbolçu Türkiyə klublarının diqqət mərkəzinə düşüb. Onun menecerləri Pol Poqbanı “Trabzonspor”a təklif ediblər.
Hazırda klub rəhbərliyi Poqba ilə bağlı yekun qərar verməyib. Məsələ ilə bağlı danışıqlar davam edir.
Qeyd edək ki, fransız oyunçu karyerası ərzində bütün turnirlərdə ümumilikdə 446 oyuna çıxıb. O, bu matçlarda 76 qol vurub və 97 məhsuldar ötürmə ilə yadda qalıb.
Göycə Göycəyev