Polad Bülbüloğlunun 70 yaşı tamam olur

media-hightechnic-468x90

87302Fevralın 4-də xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 70 yaşı tamam olur.
Yenicag qafqazinfo-ya istinadən bildirir ki, bəstəkarın 70 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıqla bağlı Mədəniyyət və Turizm Nazirliyində iclas keçirilib. Nazir müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi iclasda nazirliyin məsul əməkdaşları, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər. Yubiley tədbirləri il ərzində Azərbaycanla yanaşı, Rusiya, Türkiyə və Gürcüstanda qeyd olunacaq.

Yubileylə əlaqədar fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Eşq və Ölüm” baletinin yeni quruluşda premyerası təqdim ediləcək. Fevralın 4-də isə Heydər Əliyev Sarayında təntənəli yubiley mərasiminin təşkili nəzərdə tutulur. İclasda yubiley tədbirlərinə hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıqlar verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600