Reklam

Reklam

Bərdə rayonunda faciəvi hadisə baş verib.

Yeniçağ.az Lent.az-a istinadən xəbər verir ki, rayonun Mustafaağalı kəndində Yevlax Xətt Polis Şöbəsinin əməkdaşı Çingiz Quluzadə idarə etdiyi “VAZ 2107” markalı avtomobillə 2014-cü il təvəllüdlü Mehrac Həsənzadəni vurub. 3 yaşlı uşaq aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.

Bildirilir ki, ölən uşaq hadisəni törədən polisin uzaq qohumu olub. Ç.Quluzadə həmin kənddə yaşayır və kənddaxili yolda azyaşlının avtomobilin qarşısına çıxması zamanı qəzadan yayına bilməyib.

Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 70
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."