Polis əməliyyat keçirdi - 14 kq narkotik aşkarlandı

media-hightechnic-468x90

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 29 yaşlı O.Cabbarov saxlanılıb. Onun üzərindən 7 kiloqram tiryək, marixuana, psixotrop tərkibli tramadol və preqabalin həbləri aşkarlanıb.

Paytaxtın Sabunçu rayonu ərazisində isə narkotiklərin satışını təşkil edən 5 nəfər – R.Həsənov, Ə.Əskərov, S.İbadov, E.Mənsurov və K.Xudaverdiyev saxlanılıblar.

Onlardan da ümumilikdə 7 kiloqram marixuana aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05