Polis narkoşəbəkənin əsas üzvlərindən birini həbs etdi

media-hightechnic-468x90

Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini 45 yaşlı Sadir Əliyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb.

DİN-dən Yenicag.az-a bildirilib ki, həmin şəxsdən 3 kiloqrama yaxın heroin, tiryək, marixuana və 359 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. A.Əliyev paytaxt ərazisində narkotiklərin satışını təşkil edən narkoşəbəkənin əsas üzvlərindən biri olub. O, ifşa edilməməsi üçün mütəmadi olaraq yaşayış ünvanlarını və əlaqə nömrələrini dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. S.Əliyevin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa