Polis onun həyatını xilas etdi, daha sonra öldürdü

media-hightechnic-468x90

3e48d78503fcc6f27ed130083c9d3611ABŞ-ın Oklahoma ştatında polis əməkdaşı daşqından xilas etdiyi şəxsi güllələyib.

Su altında qalan avtomobildən çıxarılan iki şəxsdən biri qəfil məlum olmayan səbəbdən onu xilas edən polisə hücum etdiyindən, asayiş keşikçisi silahdan istifadə etməyə məcbur olub. Güllə yarası alan şəxs hadisə yerində keçinib.

Məlumata görə, insident Okmalqi dairəsində baş verib. Polis xilas olunan şəxslərdən birində silah olduğunu iddia edir. İnsident zamanı polis əməkdaşı xəsarət almayıb.

Qeyd edək ki, bölgədə bir neçə həftədir ki tüğyan edən daşqınlar nəticəsində 28 nəfər ölüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600