!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polisdən BNA-ya cavab: "Bu cür ittihamları qəbul etmirik"

!Reklam – Yazi

Ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən “Qarabağ” – “Roma” matçından sonra azakeşlər problemlə üzləşiblər.

Yenicag.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi azarkeşlərə pulsuz xidmət göstərəcəyini elan etsə də, vədinə xilaf çıxdı. Nəticədə, avtobus tapmayan minlərlə fanat yağışın altında qaldı.

Maraqlıdır ki, BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev yaranmış problemə görə, təhlükəsizliyi təmin edən polisi günahlandırır. Qurum rəsmisi bildirib ki, buna səbəb polisin azarkeşləri səhv yönləndirməsi olub.
Lakin Yenicag.az saytına açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Post Patrul xidmətinin şöbə rəisi polkovnik Nizami İsmayılov agentliyin ittihamlarını qəbul etmir. O, polisin yüksək səviyyədə xidmət göstərdiyini bildirib:

“Bizim xidmət çox yüksək səviyyədə təşkil olunmuşdu. 66 min azarkeş düzgün istiqamətdə yönləndirilib. Hər hansı bir problem olmayıb. Şəxsən özüm saat 23:30-a qədər Bakı Olimpiya Stadionu ərazisində xidmət başında olmuşam. Bu cür ittihamları qəbul etmirik. Bununla bağlı bizə hər hansı şikayət də daxil olmayıb. Hətta onu da qeyd edim ki, bir azarkeşin telefonu itmişdi, o da əməkdaşlarımız tərəfindən tapılaraq, sahibinə qaytarılıb”.

Emin Səfərov

COP29

www.yenicag.az

1726
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv