“Politico” Borrelə “diplomatik axmaq” mükafatı verdi

media-hightechnic-468x90

Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Josep Borrel “Politico” nəşrinin Avropa versiyasına görə ilin yumoristik antireytinqində aparıcı yerlərdən birini tutub.

Yenicag.az xəbər verir ki, o, “Diplomatiyanın Boratı” mükafatına layiq görülüb.

Borat eyniadlı ABŞ – Britaniya komediya filminin qəhrəmanıdır. Qərb ölkələrində onun adı “xeyirxah axmaq” mənasında işlənir.

“Avropalıların Borrelə arxayın ola biləcəkləri nə isə varsa, bu da onun heç vaxt axmaq olmaq fürsətini əldən verməməsidir. O, namizədlərdən birinin öldürüldüyü Ekvadoru dinc seçkilər keçirdiyi üçün alqışlayıb. Vəzifə müddəti sona yaxınlaşdıqca, Borrel öz diplomatik uğursuzluğunu hər gün avropalılara xatırlatmaq istəyir”, – “Politico” yazır./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600