"Politico": "Tramp Qrenlandiyanın referendum yolu ilə ilhaqına üstünlük verir"
Amerika Prezidenti Donald Tramp və onun köməkçiləri belə bir variantı üstün hesab edirlər ki, Qrenlandiya sakinləri referendumda ABŞ-yə qoşulmaq üçün səs versinlər.
Yenicag.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşr dəqiqləşdirib ki, Amerika tərəfi, xüsusilə muxtar Danimarka ərazisinin əhalisinə təsir göstərmək üçün dezinformasiya kampaniyalarının təşkilini nəzərdən keçirir.
Nəşrin mənbələrinin sözlərinə görə, prezident Donald Tramp və onun əsas köməkçiləri üçün Qrenlandiyaya nəzarəti əldə etməyin üstün yolu orada yaşayan insanları ABŞ-yə qoşulmaq üçün referendumda səs verməyə sövq etməkdir.
Məqalədə dəqiqləşdirilib ki, Amerika rəsmiləri bu məqsədlə ictimai rəyin dəyişdirilməsinə yönəlmiş informasiya və dezinformasiya kampaniyaları aparmaq imkanını müzakirə edirlər. Həmçinin Qrenlandiyada biznes üçün müxtəlif “maliyyə təklifləri” və ya digər təşviqlər nəzərdən keçirilir.
Materialda vurğulanıb ki, Trampın Qrenlandiyanı ABŞ-yə birləşdirmək üçün güc tətbiq etməyə hazır olması barədə bəyanatları onun əhalisi arasında narazılıq doğurur.
Qəzetin jurnalistləri ilə danışan sakinlər Trampın yanaşmasını son dərəcə hörmətsiz hesab etdiklərini bildiriblər.












