Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Politoloq: "Bu bəla imtahanından çıxmaq üçün..." - Koronavirusdan XİLAS YOLU

“Məsələ sadəcə bir virus məsələsi deyil, onu yaradan iradə və hədəflər var”.

Yenicag.az xəbər verir ki, bunu koronavirus pandemiyasının yayılmasının mahiyyətini şərh edən politoloq Natiq Miri deyib.

Natiq Miri pandemiya məsələsinə fərqli prizmadan yanaşıb və bu bəlanın insanların pis əməllərinin qarşılığı olaraq meydana gəldiyini bildirib:

“Biz məsələnin yalnız siyasi şərhini verməyə çalışırıq və heç də hər şeyi pandemiyaya səbəb olan vasitələrin hegemoniyasına bağlamırıq. Anlayırıq ki, hər şeyin bir səbəbi və yaradanı var. Mütləqi-hakim olan Allahın iradəsi varkən, Covid-19 pandemiyasına səbəb olan vasitələrin heç bir önəmi yoxdur. Söhbət bəla imtahanından gedirsə, banazor ermənisi, yaxud da başqa bir mürtədin virusun yayılmasında alət olmasının heç bir əhəmiyyəti qalmır”.

Natiq Mirinin fikrincə, bu bəla imtahanından doğru-dürüst çıxmaq istəyiriksə, bizi çirkab içində göstərən aynaları qırmaq əvəzinə, özümüzü düzəltməli və bəlanı nemətə çevirməliyik:

“Unutmayaq ki, “Haqqa gedən yol birdir”. Tam politoloji olmadı, amma siz də etiraf edərsiniz ki, hər şey də subyektiv sahə olan siyasətşünaslıqdan ibarət deyil. Bəzən hər şeyi öz adı ilə çağırmaq gərəkir”.

Gülşən Şərif

www.yenicag.az

342
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100