Polkovnik-leytenant yol qəzasında ölüb

media-hightechnic-468x90

Mersedes agaca chirpilib 190411 (1)Bakıda ağır yol qəzası baş verib.

Pirallahı Rayon Polis Şöbəsindən  verilən məlumata görə, hadisə avqustun 3-də Dübəndi qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Fuad Ramiz oğlu Allahverdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Bayram Ağayevin idarə etdiyi “Volkswagen” markalı maşınla toqquşub. Nəticədə F. Allahverdiyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Polisdən həmçinin bildirilib ki, qəza zamanı dünyasını dəyişən F. Allahverdiyev Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin avtonəqliyyat şöbəsinin əməkdaşıdır. O polis polkovnik-leytenantı rütbəsi daşıyıb.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600