Bakıda xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Elmar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E.Hüseynov 19 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi 2020-ci ilin sentyabrında paytaxtın Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57A ünvanında qeydə alınıb.
Təqaüddə olan polis polkovniki Tahir Tağıyev yaşadığı ünvanda bıçaqlanaraq qətlə yetirilib.
Qətlə yetirilən T.Tağıyev uzun müddət paytaxtın Nərimanov və Binəqədi Rayon Polis idarələrində müxtəlif vəzifələrdə işləyib, o cümlədən paytaxtın iki polis bölməsinin rəisi olub.
Polis polkovniki bir neçə il öncə daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilmişdi.
E.Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.
www.yenicag.az