Polşa hava məkanını bağlayır

media-hightechnic-468x90

Polşa ölkənin şərqində hava məkanını 3 ay müddətinə bağlayır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Polşa Hava Naviqasiya Agentliyi məlumat yayıb.

Qurum ölkənin şərq bölgələrində uçuşa qadağan zonasının tətbiq olunduğunu rəsmi şəkildə elan edilib. Məhdudiyyətlər milli təhlükəsizliyin təmin olunması məqsədilə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığının tələbi əsasında tətbiq olunub.

Bildirilib ki, uçuş qadağası martın 10-dan iyunun 9-dək günün 24 saatı qüvvədə olacaq. Məhdudiyyətlər əsasən 3000 metr hündürlükdən aşağı uçan bütün təyyarələrə şamil edilir.

Qərara əsasən, mülki və tibbi təyyarələr üçün istisna nəzərdə tutulub. Lakin həmin ekipajların bu ərazilər üzərindən uçuş həyata keçirməsi üçün əvvəlcədən xüsusi icazə almaları tələb olunur./Yenisabah

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05