!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polşa Seyminin rəsmisinə qərbi azərbaycanlıların deportasiyaları barədə məlumat verildi

!Reklam – Yazi

Polşanın paytaxtı Varşava şəhərində keçirilən “Qərbi Azərbaycan – yaddaşlarımızda” adlı sərgi çərçivəsində Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri – sözçüsü Ülviyyə Zülfiqar Polşa-Azərbaycan Parlament qrupunun sədri Pşemislav Viteklə görüşüb.

Bu barədə Yenicag.az-a İcmadan məlumat verilib.

Bildirilin ki, icma rəsmisi Pşemislav Vitekə Qərbi Azərbaycanlıların ötən əsrdə mərhələlərlə deportasiyaya məruz qalmalarından, Ermənistan ərazisində soydaşlarımıza məxsus zəngin irsin məhv edilməsindən danışıb. Bildirilb ki, zorla öz ata-baba yurdlarından çıxarılan qərbi azərbaycanlılar beynəlxalq hüququn norma və prinsiplərinə əsasən qayıdış hüququna malikdirlər.

Polşa parlamentinin nümayəndəsi ona verilən məlumatları maraqla qarşılayaraq beynəlxalq hüququn prinsipi olaraq qayıdış hüququnun həyata keçirilməsinin önəmini qeyd edib.

COP29

www.yenicag.az

141
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv