Poroşenko 6 saat dindirilib

media-hightechnic-468x90

235071237Ukrayna prezidenti Petro Poroşenko Maydan hərəkatı zamanı baş verən iğtişaşlar və qanunsuzluqlarla bağlı istintaq tərəfindən dindirilib.

Ukrayna Baş Prokurorluğundan “Qromadske” telekanalına bildirilib ki, prezidentin noyabrın 29-da Baş Prokurorluqda şahid qismində dindirilməsi nəzərdə tutulsa da, proses noyabrın 18-nə keçirilib.

Prezident Administrasiyasında aparılan dindirmə 6 saat çəkib.

Araşdırma çərçivəsində keçmiş baş nazir, Arseniy Yatsenyuk, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov, Kiyevin meri Vitali Kliçko, Ali Radanın spikeri Andrey Parubiy və daxili işlər naziri Arsen Avakov da istintaqa çağırılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa