Poroşenko andiçmə mərasimində sərt danışdı

media-hightechnic-468x90

gyhuyt6Ukraynanın yeni prezidenti Petr Poroşenko andiçmə mərasimində ölkədəki vəziyyətə toxunub.

P. Poroşenko bildirib ki, diktatura Ukraynanın gələcəyini məhv etmək istəyirdi, lakin xalq ayağa qalxdı və hər şey müsbətə doğru dəyişdi: “Artıq Ukrayna üçün yeni dövr başlayıb. Bizə sülh və birlik lazımdır. Həqiqət və ədalət uğrunda yüzlərlə vətəndaşımız dünyasını dəyişdi. Mən bu gün prezidentliyə qədəm qoyuram. Məqsədim ölkənin suverenliyini, ərazi bütövlüyünü təmin etmək Ukraynada sülhün bərqərar olmasına nail olmaqdır. Bilirəm ki, ən əsası sülhdür, xalq da bunu istəyir. Mən müharibə tərəfdarı və qisas tərəfdarı deyiləm”.

P. Poroşenko ölkədə sülhün təmin olunması üçün əməli addımların atılacağını da qeyd edib.

O, Donbas vilayətində yaşayan rusdilli əhali üçün fikirlərini rus dilində də ifadə edib: “Əziz bacılar və qardaşlar, biz sizi çarəsiz vəziyyətdə qoymayacağıq. Ukraynadakı qanuni seçkilər “qeyri-legitim Kiyev hakimiyyəti” mifini məhv etdi. Yanukoviç hakimiyyəti Donbasa xəyanət etdi. O 17 il bu bölgəni idarə edib. İndi isə buradakı terrorçuları maliyyələşdirir. Yanukoviç burada axan anaların göz yaşlarına, qaçqınların ağrı-acılarına görə məəsuliyyət daşıyır. Mən sizə sülh və əminamanlıq gətirəcəyəm. Məqsədim ölkənin qanunlarla idarə etmək, rifah həyatını yaxşılaşdırmaqdır. Terrorçular və quldurlarla danışmayacağıq”.

P. Poroşenko çıxışında Krımın Rusiya tərəfindən ilhaq olunmasına da toxunub: “Krım məsələsində heç bir güzəşt ola bilməz. Krım olub, var və bundan sonra da Ukrayna ərazisi olaraq qalacaq. Bunu da ötən gün Normandiya ilə bağlı keçirilən mərasimdə Rusiya rəhbərliyinin diqqətinə çatdırmışam”.

O vurğulayıb ki, Ukraynada yalnız bir dil dövlət dili olacaq. Bu, Ukrayna dilidir: “Ukrayna unitar dövlət olaraq qalacaq”.

Poroşenko qeyd edib ki, Avropa İttifaqı ilə Asosativ sazişi imzalamağa hazır olduğunu da söyləyib: “Mənim qələmim öz əlimdədir. Biz bu sazişi imzalamağa hazırıq. Bizim bu prosesi uzatmaq haqqımız yoxdur. Artıq prosesin birinci mərhələsi yekunlaşıb və ikinci hissəsi də sona çatdırılmaqdadır. Ukraynalılar 2015-ci ildən Avropa İttifaqı ölkələrinə vizasız gediş imkanı əldə edə biləcəklər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600