Poroşenko prezidenti and içir-Canlı yayım
Bu dəqiqələrdə Ukrayna Ali Radasında ölkənin yeni prezidenti Pyotr Poroşenkonun andiçmə mərasiminə start verilib.
Mərasimdə bir çox ölkələrin nümayəndələri, xarici dövlətlərin Ukraynada fəaliyyət göstərən səfirləri də qatılıb.
Pyotr Poroşenkonun inauqurasiya mərasimində Azərbaycan nümayəndə heyətini Milli Məclisin sədri Oqtay Əsədov təmsil edir.
Andiçmə mərasimindən sonra Poroşenko Kiyevdəki Sofiya meydanına gedərək Silahlı Qüvvələrin müşaiyətilə Ukrayna bayrağını qaldıracaq.
Qeyd edək ki, mayın 25-də keçirilən seçkilərdə Pyotr Poroşenko 54.7 faiz səslə bütün rəqiblərini geridə qoyaraq ölkə prezidenti seçilib.