Poroşenko: “Rusiya bayrağı heç yerdə dalğalanmamalıdır”

“Moskvanın müasir siyasətində ədalətli oyuna yer yoxdur” .

Yenicag.az xəbər verir ki, bunu Ukrayna prezidenti Petro Poroşenko Münhen Təhlükəsizlik Konfransında deyib.

Prezident çıxışında: “Moskvanın müasir siyasətində ədalətli oyuna yer yoxdur”. Buna görə də “2018 Olimpiya oyunları”nda Rusiya bayrağı yoxdur. Mən hesab edirəm ki, Rusiya “dünya hibrid müharibə”sini dəstəklədiyi müddətcə, onun bayrağı heç yerdə dalğalanmamalıdır”, deyə vurğulayıb.

Həmçinin, Poroşenko Rusiyanın dünya ölkələrində demokratiyanı məhv etmək cəhdlərinin qarşısını almağa dair çağırış edib.