Portuqaliyanın ən böyük qələbələrinin təəccüblü SİRRİ – O, heç birində oynamayıb

media-hightechnic-468x90

Portuqaliya milli komandasının tarixindəki ən böyük iki fərqli hesablı qələbəsində təəccüblü bir detal üzə çıxıb: Komandanın kapitanı və bütün dövrlər üzrə bombardiri Kriştianu Ronaldo bu tarixi şouların heç birində meydanda olmayıb.

Yenicag.az xəbər verir ki, futbol tarixinin ən çox qol vurmuş oyunçusu olan Kriştianu Ronaldo, Portuqaliyanın ən böyük iki qələbəsini məhz cəza səbəbindən tribunadan izləməli olub:

media-whatsapp-image-2025-11-19-at-16-14-02-1

  • 9:0 Hesablı Qələbə (2023): Lüksemburqa qarşı qazanılan bu qələbədə Ronaldo sarı vərəqə cəzalısı idi.

  • 9:1 Hesablı Qələbə (Ermənistanla): Bu görüşdə də ulduz futbolçu vərəqə cəzası səbəbindən oynamamışdı.

Portuqaliyanın bütün dövrlər üzrə ən yaxşı bombardiri komandasının ən böyük iki qol şousunu kənardan izləyib. Böyük ehtimalla, meydanda olsaydı, o, həm inanılmaz zövq alar, həm də hesaba mütləq şəkildə təsir edərdi.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa