Premyer Liqa başlayır
Dünyanın futbol üzrə ən güclü çempionatlarından olan İngiltərə Premyer Liqası start götürür.
2014-2015-ci il mövsümünün ilk oyunu “Mançester Yunayted”lə “Suonsi Siti” arasında keçiriləcək. Son ölkə çempionu “Mançester Siti” isə bazar günü “Nyukasl”ın qonağı olacaq. Çempionluğu son anda əldən verən “Liverpul” öz meydanında “Southempton”la mübarizə aparacaq.