Premyer Liqada Brayan Mbeumo uğrunda mübarizə – Onlar da yarışa QOŞULDULAR

media-hightechnic-468x90

İngiltərənin bir neçə aparıcı klubu “Brentford”un hücumçusu Brayan Mbeumonun transferi uğrunda mübarizəyə başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “The Sun” nəşri yayıb.

Mənbəyə görə, “Manchester United”, “Newcastle United” və “Arsenal” klubları 25 yaşlı forvardın xidmətində maraqlıdır. Xüsusilə “Arsenal”ın baş məşqçisi Mikel Arteta hücum xəttini gücləndirmək üçün Mbeumonun transferinə ciddi şəkildə önəm verir.

Qeyd edək ki, Brayan Mbeumo cari mövsümdə “Brentford”un heyətində keçirdiyi 42 oyunda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600