Prezident albinosların qətl olunmasına imkan verməyəcək

media-hightechnic-468x90

85131Tanzaniya prezidenti Cakayya Kikvete mövhumatçı şərqi afrikalıları utandırmaq niyyətindədir.

Yenicag.az anspress-ə istinadən bildirir ki, o, martın 2-də çıxış edərək ölkədə albinosların kütləvi qətlini rüsvayçılıq adlandırıb və buna son qoyacağını bildirib.

“Biz əvvəlki illərdə olduğu kimi zorakılıq dalğasının yayılmasına imkan verməyəcəyik. Ümid edirəm ki, cəmiyyətlə hakimiyyətin birgə sıx əməkdaşlığı sayəsində uğur qazanacağıq və albinizmi olan insanların kütləvi qətlinin qarşısını alaraq xalqımızı bu rüsvayçılıqdan xilas edəcəyik”, – deyə Cakayya Kikvete bildirib.

Qeyd edək ki, Tanzaniyada 200 mindən çox albinos yaşayır. Onların dəriləri, saçları və gözlərində piqment olmadığı üçün ətrafdakı insanlardan fərqlənirlər. Ölkənin biliciləri isə onların dərilərinin işdə, sevgidə və həyatda uğur gətirdiyini deyirlər. Məhz bu inanclara görə ölkədə albinoslara tez-tez hücumlar edilir və onlar öldürülürlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600