Ötən ay Suriyada keçirilən prezident seçkisinin rəsmi qalibi Bəşər Əsədin andiçmə mərasimi olub.
Andiçmə mərasimi iyulun 16-da Suriya paytaxtı Dəməşqdə, parlamentin binasında keçirilib.
Qeyd edək ki, Suriyada sonuncu prezident seçkisi bu il iyunun 3-də olub. Mərkəzi Seçki Komissiyası 88,7 faiz (10,2 milyon) səslə Bəşər Əsədi qalib elan edib. Bəşər Əsəd 2000-ci ildən prezidentdir. 1971-2000-ci illər arasında isə Suriya prezidenti postunu onun atası Hafiz Əsəd tutub.
Suriyada 2011-ci ilin mart ayında Əsəd sülaləsinin hakimiyyətdən getməsi tələbi ilə başlayan xalq hərəkatı sonradan vətəndaş müharibəsinə çevrilib. İndiyəcən 163 min nəfərədək insan qurban gedib. Onların 81 minə yaxını mülki şəxslərdir.
www.yenicag.az