!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident: "Azərbaycan-Küveyt münasibətləri yüksək səviyyədədir"

!Reklam – Yazi

Azərbaycan-Küveyt münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev Küveytə səfərini məmnunluqla xatırladıb, siyasi əlaqələrlə yanaşı, iqtisadiyyat, energetika və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu qeyd edib.

Yenicag.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sentyabrın 19-da Küveyt Dövlətinin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidinin etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı səfirin diplomatik fəaliyyəti dövründə əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.

Biznes dairələri arasında münasibətlərin yaradılmasının və qarşılıqlı səfərlərin təşkil olunmasının ticarət dövriyyəsinin artırılmasına xidmət edəcəyini vurğulayan Prezident İlham Əliyev pandemiyadan əvvəl Azərbaycana çoxsaylı küveytli turistin səfər etdiyini diqqətə çatdırdı. Dövlət başçısı bu rəqəmin daha da artacağına əminliyini bildirib.

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv