“Prezident dövləti “siyasi məhbus” sıxıntısından azad etsin”
“Təbii ki, prezidentin son əfv fərmanını yetərli bilmirəm. Kaş ki, cənab prezident Avropa Yay Olimpiya Oyunları öncəsində Azərbaycan dövlətini “siyasi məhbus” sıxıntısından azad edəydi”. Bu sözləri Yenicag.az-a keçmiş siyasi məhbus, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirib.
Onun sözlərinə görə, “Bir xüsusi fərmanla bütün siyasi məhbusları azadlığa buraxmaq olar. İçəridə dünyanın tanıdığı və dəyər verdiyi çox qiymətli vətəndaşlarımız var və onların hamısını azadlığa buraxmaq lazımdır. O baxımdan, 101 ailəni sevindirsə də, sıralarında bir neçə siyasi məhbus olsa da, verilən sərəncam yetərli deyil. Daha çox siyasi məhbus buraxıla bilərdi”.
Qeyd edək ki, sabiq millət vəkili Gülər Əhmədovanın iddiası əsasında həbs olunan Əvəz Zeynallı Azərbaycan Prezidenti İlham Əliyevin dekabr ayında imzaladığı Əfv fərmanı ilə azadlığa çıxıb.
Kamran