Prezident iki səfirin etimadnaməsini qəbul edib – Fotolar

Prezident İlham Əliyev sentyabrın 12-də Macarıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyinin etimadnaməsini qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

***

Prezident İlham Əliyev sentyabrın 12-də Tacikistanın Azərbayanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevin etimadnaməsini qəbul edib.

Yenicag.az-ın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.