Prezident İlham Əliyev yeniyetmə idmançıları qəbul edib
Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Nankin şəhərində yeniyetmələr arasında keçirilən ikinci Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandamızın üzvlərini qəbul edib. Prezident İlham Əliyev onları təbrik edib və onlarla söhbət edib. İlham Əliyev sonda: ” Bu gün sizin qələbəniz bizim hamımızı ruhlandırır və bir daha göstərir ki, gənc, müstəqil Azərbaycan dövləti böyük uğurları əldə etməyə qadirdir, bunu edir və edəcəkdir. Bir daha sizi təbrik edirəm”. (trend.az)