Prezident işə metro ilə getdi-Foto

media-hightechnic-468x90

rouhani_190115İran Prezidenti Həsən Ruhani bu gün işə metro ilə gedib.

İranda “Təmiz hava günü” qeyd olunur və bu münasibətlə Prezident simvolik olaraq ictimai nəqliyyat vasitəsi kimi metrodan istifadə edib.

H.Ruhani Tehran metrosunun “Azadi” stansiyasından “İmam Əli” stansiyasına kimi qatarla gedib və metrodakı vətəndaşlarla səmimi görüşüb, onların problemlərini dinləyib.

Prezidenti İranın Ekologiya və Ətraf Mühit Təşkilatının sədri xanım Məsumə İbtikar da müşaiyət edib.

Qeyd edək ki, “Təmiz hava günü” günü münasibətilə İranın digər rəsmiləri də ictimai nəqliyyatdan istifadə ediblər(trend).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600