!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident korrupsiyaya qarşı mübarizədən danışdı

!Reklam – Yazi

“Yeni texnologi müəssisələrin yaradılması bizim planlarımıza daxildir. Biz yeni iş yerlərinin yaradılması ilə bağlı daha çevik və səmərəli siyasət aparmalıyıq”.

Yenicag.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan son illər ərzində intellektual məhsulun ixracatçısına çevrilib:

““Asan Xidmət” artıq başqa ölkələrdə tətbiq olunur, bizim təcrübəmiz öyrənilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab idi. Bu, sosial layihədir, çünki insanlara xidmət göstərir. 13 “Asan Xidmət” mərkəzimiz var, bu ilin sonuna qədər onların sayı 15-ə, gələn ilin sonuna qədər 20-ə çatacaq. İndiyə qədər “Asan Xidmət” mərkəzlərində 20 milyona qədər müraciətə baxılıb. “Asan Xidmət” mərkəzlərində xidmətləri bəyənmə əmsalı 100 faizə yaxındır. Bu, bir daha bizim niyyətimizi, siyasətimizi göstərir”.

Prezident İlham Əliyev bildirib ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaq:

“Həm inzibati cəza tədbirləri, həm də ən böyük effekt verən sistem xarakterli, institusional tədbirlər görülür. “Asan Xidmət” onlar arasında xüsusi yer tutur. Azərbaycan vətəndaşları görürlər ki, biz tədricən bu qurumun funksiyalarını genişləndiririk”.

COP29

www.yenicag.az

1739
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv