Prezident Neftçalada səfərdədir

media-hightechnic-468x90

eeeeeeAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Neftçala rayonuna səfərə gedib.

Dövlət başçısı əvvəlcə mərhum eks prezident Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub..

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Neftçala rayonuna səfəri çərçivəsində Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.

Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının yenidən müstəqil Azərbaycanın dövlət rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü Naxçıvanda qaldırılmışdır. Bu mənada dövlət atributlarına hörmət və ehtiram ümummilli lider Heydər Əliyevin xalqımıza ən böyük əmanətidir. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə qürurla dalğalanır. Bu gün hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir.

Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır.

Fərəhli haldır ki, dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Bakıdan sonra ölkənin əksər bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar yaradılır, bununla bağlı xüsusi layihələr həyata keçirilir. Neftçalada salınan Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı da öz möhtəşəmliyi ilə diqqəti cəlb edir. Neftçaladakı Bayraq Meydanı ölkəmizdə dövlət atributlarına hörmət və ehtiramın ən yüksək səviyyədə olmasının daha bir əyani nümunəsidir.

Dövlətimizin başçısına məlumat verildi ki, bayraq dirəyinin hündürlüyü 36 metrdir. Bu da qürur mənbəyimiz olan dövlət bayrağımızın şəhərin hər yerindən görünməsinə imkan verir. İnşasına 2012-ci ildə başlanan Bayraq Meydanı həm də rayonda aparılan abadlıq-quruculuq işlərinin göstəricisidir. Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmış və müasir işıqlandırma sistemi quraşdırılmışdır. Meydanda sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.

 Prezident həmçinin  Neftçala şəhərində yaradılan yeni bulvarla tanış olub.

Ölkəmizin iqtisadi gücünün ilbəil artması nəticəsində həyata keçirilən məqsədyönlü sosial siyasət bu gün Azərbaycanın hər bir bölgəsinin inkişafında özünü aydın büruzə verir. Azərbaycanda hər bir vətəndaş bu inkişafı öz həyatında hiss edir. Bu məsələdə dövlətimizin başçısının təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerlərdə uğurla icrası mühüm əhəmiyyətə malikdir. İndi Neftçala da geniş abadlıq və quruculuq meydanını xatırladır. Yeni infrastruktur layihələrinin icrası Neftçalanın simasının müasirləşməsi ilə yanaşı, ilk növbədə, əhalinin rahatlığının təmin olunmasına xidmət edir. Bu, göstərir ki, yeniləşən və müasirləşən Azərbaycanın sürətli iqtisadi inkişafını şərtləndirən mühüm layihələrin icrası davamlı xarakter alıb.

Diqqətə çatdırıldı ki, 60 min kvadratmetr ərazidə salınan bu istirahət məkanında vacib iaşə obyektləri, hovuz-fəvvarə inşa olunmuşdur. Bulvar müasir işıqlandırma sistemi ilə təchiz edilmiş, geniş yaşıllıq və abadlıq işləri görülmüşdür. Burada yaradılan şərait bir daha təsdiq edir ki, son illərdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrdə genişmiqyaslı quruculuq işləri ilə müşayiət olunur. Bu işlərin müasir tələblər səviyyəsində həyata keçirilməsi ilk növbədə, vətəndaşların sosial şəraitinin yaxşılaşdırılması, onların istirahətinin mənalı təşkilinə xidmət edir. Bu işlər həm də ölkəmizdə aparılan abadlıq-quruculuq işlərinin miqyasını nümayiş etdirir.

Bulvarda yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevə sakinlərin yay istirahətinin təşkili üçün Kür sahilində görüləcək əlavə tədbirlər barədə məlumat verildi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600