Prezident onu toyuna çağıran gəncə vəzifə verdi

media-hightechnic-468x90

erdogan-ve-karaosmanoglu-nikah-sahidi-olduTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünə yeni baş müavir təyin edib.

media-banner_tkm

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni baş müşavir AKP-nin Gənclər Təşkilatının sədri olmuş Zəfər Çubukçudur.

O, Ərdoğanın sayca 26-cı müşaviridir. 1986-ci il təvəllüdlü yeni müşavir Karabükdə doğulub. O, ODTÜ universitetində İdarəetmə ixtisası üzrə təhsil alıb.

Ötən ay evlənən Çubukçunun nikah şahidi prezident Ərdoğan olub. Ölkə başçısı dövlət rəsmiləri ilə birlikdə Çubukçunun toy mərasimində iştirak edib.

Qeyd edək ki, Ərdoğan son dəfə parlament komissiyasında vəzifə tutan Ayşe Türkmenoğlunu baş müşaviri təyin etmişdi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05