Prezident Putinin təklifindən imtina etdi

media-hightechnic-468x90

071a130a6b1acfb6931ddfa927b22eafSloveniya prezidenti Borut Poxor Moskvada mayın 9-u Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyəcək.

Yenicag.az azvision.az-a istinadən xəbər verir ki, bu ölkəni tədbirlərdə xarici işlər naziri Karl Eryaveç təmsil edəcək.

“Ölkə başçısı Sloveniyanı mərasimlərdə xarici işlər naziri Karl Eryaveçin təmsil etməsi təklifi ilə çıxış edib. Baş nazir Miro Çerar prezidentinin bu təklifini dəstəkləyib. Bu qərar Avropa ölkələrinin mövqeyi nəzərə alınaraq qəbul olunub”, – deyə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl Şimali Koreya lideri Kim Çen In, Fransa prezidenti Fransua Olland, Yaponiyanın baş naziri Sindzo Abe, Bolqarıstan prezidenti Rosen Plevneliyev, Avstriya prezidenti Haynts Fişer, İsveçin baş naziri Stefan Leven və Yaponiya baş naziri Sindzo Abe Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyi planlaşdırmadığını bildirmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600