Prezident qəzaya uğradı

media-hightechnic-468x90

14cabd99ccb6901593ef4b4bc07b1368Hindistan prezidenti Pranab Mukerci və İsveç kralının ailə üzvləri yol-nəqliyyat qəzasına uğrayıblar.

Yerli mətbuatın məlumatına əsasən, insident bu gün axşam saatlarında İsveçin Uppsala şəhəri yaxınlığında baş verib. Hindistan prezidentinin kortejin tərkibində hərəkət edən 4 avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.

Yerli polisin məlumatına görə, qəza nəticəsində Hindistan prezidenti, həmçinin kortejdəki avtomobillərin birində olan İsveç kralının ailə üzvləri – şahzadə Viktoriya və onun həyat yoldaşı Daniyel qəza nəticəsində xəsarət almayıblar.

Xəsarət alan şəxslərin kimliyi açıqlanmır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600