Prezident sabah Aİ komissarını qəbul edəcək

media-hightechnic-468x90

Avropa İttifaqının genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Marta Kos Bakıya səfər edəcək. 

Yenicag.az xəbər verir ki, diplomatın Bakıya səfəri sentyabrın 18-də başlayacaq. Bildirilir ki, prezident İlham Əliyev Avropa komissarını qəbul edəcək. O, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla bir sıra görüşlər keçirəcək.

“Səfər Ermənistan və Azərbaycan arasında sülh prosesinin həlledici mərhələsinə təsadüf edir və Aİ-nin regionlararası əlaqələrə dair gündəliyini regional inkişafa konkret töhfə kimi təqdim etmək imkanı verəcək”, – bəyanatda deyilir./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa