Reklam

Reklam

Azərbaycan Mətbuat Şurası aprelin 11-də keçiriləcək Prezident seçkilərində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparacaq.

Yenicag.az xəbər verir ki, bu məqsədlə Şuranın İdarə Heyətinin üzvləri istər paytaxtda, istərsə də ölkəmizin müxtəlif bölgələrindəki seçki məntəqələrində peşə vəzifəsini yerinə yetirən jurnalistlərə yaradılmış şəraitlə tanış olacaqlar. Bu işə Mətbuat Şurasına üzv mərkəzi və regional kütləvi informasiya vasitələrinin əməkdaşları da cəlb olunub. Şuranı İdarə Heyətinin üzvləri həmçinin müşahidəçi qismində də seçkinin gedişini izləyəcəklər.

Bundan başqa Mətbuat Şurasının (012) 441 35 30 telefon, həmçinin (055) 201 99 26 və (050) 242 09 91 mobil nömrələri aprelin 11-də “qaynar xətt” rejimində fəaliyyət göstərəcək. Peşə fəaliyyətini yerinə yetirən jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda həmin nömrələrə zəng etməklə məlumat verə biləcəklər.

Azərbaycan Mətbuat Şurası seçki günü Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və digər müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcək. Şura jurnalistlər üçün hər hansı maneə yaranacağı təqdirdə çətinliyin dərhal aradan qaldırılması istiqamətində zəruri tədbirləri reallaşdıracaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 583
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."