!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BNA-da “Qaynar xətt” fəaliyyətə başladı

!Reklam – Yazi

Koronavirus (Covid-19) xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyində qərargah yaradılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verib.

Bununla yanaşı, qurumda (012) 404-79-95 nömrəli “Qaynar xətt” fəaliyyətə başlayıb.

“Eyni zamanda, bildiririk ki, ictimai nəqliyyatda kəskin respirator xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam edir. Bu çərçivədə, paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma xətlərində fəaliyyət göstərən avtobuslar dezinfeksiya edilir. Son bir neçə gündə 1500-ə yaxın avtobusda dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılması ilə bağlı daşıyıcılarla görüş keçirilib və müvafiq taşırıqlar verilib. Həmçinin, qeyd edək ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya tədbirlərinin sayı artırılıb”, – deyə qurum bəyan edib.

COP29

www.yenicag.az

1077
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv