!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident seçkilərində kimin şansı BÖYÜKDÜR? “Onlar erməni lobbisinin əsirliyində olmamalıdır”

!Reklam – Yazi

“Bu gün ABŞ-də keçirilən prezident seçkilər son illərin ən gərgin seçkiləri kimi yadda qalacaq. Çünki ABŞ-nin daxilində cərəyan edən proseslər, əhalinin hakimiyyətdən gözləntiləri, eyni zamanda, qlobal miqyasda davam edən müharibələr, iqtisadi çətinliklər və resessiya bütün diqqətləri prezident seçkilərinə yönəltdi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ABŞ-də keçirilən seçkilərlə bağlı təəssüratlarını bölüşən politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, burada, ilk növbədə, ideologiyalar yarışır, respublikaçılar və demokratların tərəfdarları tarixən də mövcud olsa da, indi vəziyyət bir qədər fərqlidir:

“Prezident Cozef Baydenin məlum səbəblərdən seçkilərdə iştirak etməməsi vitse-prezident Kamala Harrisi namizəd statusuna gətirdi. Digər tərəfdən isə bütün seçki qaydaları və seçki prosedurlarına uyğun olaraq respublikaçıların vahid namizədi Donald Tramp sözügedən seçkilərdə iştirak edir”.

Analitikin fikrincə, sosial şəbəkələrdə, eləcə də ABŞ daxilindəki ekspertlərin fikirlərində də gördük ki, sanki müəyyən istəklər Trampın yanındadır:

“Çünki Tramp əvvəllər də “Make America Great Again” – MAGA (Amerikanı daha böyük edək) fikirlərini irəli sürürdüsə, indi də, xüsusilə daxili siyasətin möhkəmlənməsi, iqtisadi yüksəlişin və azad bazar iqtisadiyyatının formalaşması yönündəki fikirləri kifayət qədər ciddi auditoriya toplayıb.

Digər tərəfdən isə demokratların vahid namizədi, keçmiş prokuror Kamala Harrisin siyasi aləmdə nüfuzu və təcrübəsi bir o qədər olmasa da, onun daha çox ətrafındakı silahlaşdarının güclü olması ehtimalları demokratları bir qədər fərqləndirir”.

Siyasi təhlilçi hesab edir ki, hər 2 namizədin şansı bərabərdir və burada proqnoz vermək də bir qədər çətindir:

“Çünki bütün nüfuzlu TV şirkətlərinin keçirdiyi sorğular, müxtəlif beyin mərkəzlərinin sosioloji tədqiqatları da tərəflər arasında çox cüzi – 1-5% arasında üstünlüyü müəyyən tərəfə verir. Eyni zamanda, ayrı-ayrı ştatlarda keçirilən sorğuların nəticələri də təqribən eynidir. Ona görə də burada hansı namizədin seçilməsindən asılı olmayaraq, Cənubi Qafqazda Azərbaycanın güclü strateji mövqeyini, yeni geosiyasi reallıqları nəzərə almalı və məhz bunun əsasında Bakı və Vaşinqton arasında münasibətlər olmalıdır. Yəni ABŞ administrasiyası erməni lobbisinin əsirliyində yox, əksinə, müstəqil siyasi aktor kimi regionun aparıcı dövləti ilə əlaqələrinin daha da yaxınlaşmasına səy göstərməlidir”.

Rafi Müslümov

COP29

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv