“2020-ci il Vətən müharibəsində və 2023-cü ildəki antiterror tədbirlərində Azərbaycan xalqı möhtəşəm zəfərlərə imza atdı. Yeni tariximizin ağrılı mövzusu olan Qarabağ məsələsini və 100 illik Xankəndi problemini həll etmiş Azərbaycan dövlətinin qarşısında yeni üfüqlər açılmış oldu. Bu da öz növbəsində ölkəmizdə yeni dönəmin başlaması demək oldu”.
Yenicag.az xəbər verir ki, bu fikirlər prezidentliyə namizədliyini irəli sürən Arzuman Abdulkərimovun yaydığı açıqlamada yer alıb.
Açıqlamada daha sonra bunlar qeyd olunub:
“Yeni dönəmə uyğun çağırışlar ortaya çıxıb. Bu çağırışlar da özü ilə yeni siyasi-ictimai konfiqurasiyalara, çalışmalara ehtiyac yaratmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 7 fevral 2024-cü il tarixə elan edilmiş növbədənkənar seçkilər ölkəmizin qarşısında yaranmış yeni çağırışlara cavab idi.
Azərbaycan Respublikasında aparılan islahatlar, ictimai-siyasi proseslərin gedişatı, demokratik ab-havanın mövcudluğu, seçkiöncəsi əlverişli mühitin olmasını nəzərə alıb, öz təşəbbüsümlə prezidentliyə namizədliyimi irəli sürməyə, bu seçkilərdə iştiraka qərar verdim. Artıq sənədlərimi MSK-ya təqdim etdim. MSK-da səlahiyyətli nümayəndəm kimi İlqar İlkini (Bayraməliyev), maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəm kimi isə Elnur Məmmədlini təyin etdim.
Seçkilərin xalqımızın həyatında, ölkəmizin gələcək inkişafında mühüm rol oynayacağına inanıram və bu ümumxalq tədbirinin ölkəmiz üçün xeyirli olmasını arzulayıram”./Musavat.com
www.yenicag.az