Prezident: “Sərt və qabaqlayıcı tədbirlər nəticəsində bu vəziyyəti nəzarət altında saxlaya bilirik”

“Əgər ilkin mərhələdə bu xəstəlik Azərbaycana xaricdən gətirilibsə, hazırda daxili yoluxma prosesi gedir”.

Yenicag.az xəbər verir ki, bu sözləri ölkə başçısı İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı bildirib.

Ölkə başçısı İlham Əliyev vurğulayıb ki, Azərbaycanda pandemiya ilə bağlı vəziyyət nəzarət altındadır və biz öz tədbirlərimizi vəziyyətə uyğun şəkildə atmalıyıq:

“Bizim üçün prioritet məsələ dəfələrlə qeyd etdiyim kimi, insanların sağlamlığı, həyatı və sosial müdafiəsidir. Təbii ki, bu şəraitdə iqtisadi sahəyə daha çox diqqət verməliyik. Çünki hər kəs bilməlidir ki, əgər bizim güclü iqtisadi imkanlarımız olmasa, biz öz sosial siyasətimizi uğurla apara bilməyəcəyik. Xüsusilə pandemiya dövründəki bu xəstəlik və bu xəstəlikdən yaranan fəsadlar böyük maliyyə vəsaiti tələb edir. Bu böyük bəla bütün dünyanı böyük sınaq qarşısında qoyub və bu günə qədər 140 mindən çox insan həyatını itirib. Bu xəstəlik sərhədlər tanımır. Ancaq bildirməliyəm ki, sərt və qabaqlayıcı tədbirlər nəticəsində biz bu vəziyyəti nəzarət altında saxlaya bilirik”.

Gülşən Şərif

COP29