Prezident siyahını qəbul etmədi
Gürcüstan prezidenti Georgi Marqvelaşvili hökumətin yeni siyahısını qəbul etməyib.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, G. Marqvelaşvili bunu baş nazir və parlamentə daha sakit şəraitdə hökuməti formalaşdırmaq üçün imkan yaratmaq istəyi ilə əlaqələndirib.
O bildirib ki, fors-major durumda hökuməti formalaşdırmaq düzgün deyil.
*** 11.41
Gürcüstan baş naziri İrakli Qaribaşvili hökumətin yeni tərkibini açıqlayıb.
Yerli qanunvericiliyə əsasən, bundan sonra prezident Georgi Marqvelaşvili hökumətin yeni tərkibini parlamentə təqdim etməlidir.
Öz növbəsində parlament yeni hökumətə etimad göstərməlidir.
Qeyd edək ki, bu həftə İ. Qaribaşvilinin rəhbərlik etdiyi Nazirlər Kabinetindən sayca yeddinci nazir istefa verib. Bu üzdən də hökumətə etimad məsələsi gündəmə gəlib.
Onu da əlavə edək ki, İ. Qaribaşvili ölkə tarixində ilk dəfə müdafiə naziri postuna qadın namizədi irəli sürüb. Bu, deputat Tina Xidaşelidir. T. Xidaşelidən başqa siyahıda infrastruktur və idman naziri postlarına namizədlər yer alıb.